İntihar edən qazilərin sayı açıqlandı

Şəhid ailələri, Qazilər, veteranlar və hərbçilərlə iş üzrə dövlət komitəsi yaranmalıdır.

Gununsesi.info xəbər verir ki, bu təkliflə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu çıxış edib.

Qeyd edək ki, son günlər müharibə iştirakçıları və qazilərin etirazları artıb.

Onlar dəfələrlə ƏƏSMN-in qarşısında toplaşaraq etiraz etsələr də, şikayətlərinə baxılmadıqlarını bildirirlər. Müharibə iştirakçıları işsizlikdən, veteranlıq ala bilmədiklərindən, qazilər isə əlillik dərəcəsinin verilməməsi və s. problemlərdən şikayətlənirlər.

Xatırladaq ki, Vətən Müharibəsindən sonra 35 qazimiz intihar edib.

Gununsesi.info