
2014-cü ildə “Vaqner” xüsusi hərbi şirkətinin (PMC) əməliyyatlarına rəhbərlik etdiyini etiraf edən Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Qurulev təşkilatın yaradıcısı, biznesmen Yevgeni Priqojini intihara çağırıb.
Gununsesi.info xəbər verir ki, millət vəkili belə bir bəyanatla “Rossiya 1” telekanalındakı verilişin efirində çıxış edib.
Deputatın fikrincə, PMC komandiri Dmitri Utkin də bunu etməlidir. “Mən qəti əminəm ki, müharibə zamanı xainlər məhv edilməlidir”, – deyə Qurulev qeyd edib.
Deputat vurğulayıb ki, indi konsolidasiya edilmiş bölmələrdən uzaqlaşmaq, bütün hərbi qüvvələrin Rusiya Müdafiə Nazirliyi üçün işləməsinə əmin olmaq vacibdir.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Rusiyada “Vaqner” PMC-nin qadağan edilməsi üçün heç bir səbəbin olmadığını bildirmişdi. O, “Vaqnerçilər”i bu gün ölkədə döyüşə ən hazır birlik hesab edirdi.
Gununsesi.info