
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Rəsmi Kiyev ukraynalılara Rusiya Federasiyasına səfərdən çəkinməyi, orada olanlara isə dərhal ölkəni tərk etməyi tövsiyə edib.
Qeyd edək ki, son günlər Rusiya və Ukrayna arasında siyasi gərginlik yaşanır.
Gununsesi.info