
“Milli Məclisdə qaldırdığımız məsələlərə cavab verilmir”.
Gununsesi.info xəbər verir ki, bunu deputat Vahid Əhmədov deyib.
Deputat təklif edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə parlamentdə görüş keçirilsin: “Müzakirə edək ki, biz hər dəfə bu məsələləri plenar iclasda qaldırmalı olmayaq”.
Spiker Sahibə Qafarova məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə tapşırıq verib:
“Bir neçə dəfə belə müzakirələr keçirmişik. Musa müəllim, belə fikirləri toplayıb, cavablandırarsınız”.
Gununsesi.info