Aqil Abbasla Novruz Aslan təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev Aqil Abbasla bağlı sərəncam imzalayıb. 

Gununsesi.info xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

HTML tutorial

Qeyd edək ki, aprelin 1-i Aqil Abbasın 70 yaşı tamam olub.

***

Dövlət başçısının digər sərəncamı ilə millət vəkili Novruz Aslan da təltif edilib.

Belə ki, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ötən ay N.Aslanın 60 yaşı tamam olub.

 

 

Gununsesi.info