“Koroğlu” stansiyasında böyük izdiham – VİDEO

“Koroğlu” stansiyasında böyük izdiham – VİDEO

Ötən gün yenə də Bakı metrosunda basabas yaşanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, dünən saat 18 radələrində metronun “Koroğlu” stansiyasında izdiham yaşanıb.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” ilə əlaqə saxladıq. Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, son vaxtlar həqiqətən metroda sərnişin sıxlığı yaşanır.

“Bu il Bakı metrosunda sərnişinlərin sayı artıb. Günlərdə də fərqlilik olur. Bəzi günlərdə müəyyən stansiyalarda daha çox sərnişin nümayiş olunur”, – deyə Bəxtiyar Məmmədov bildirib.

Dünən “Koroğlu” stansiyasındakı izdihama gəlincə, Bəxtiyar Məmmədov deyir ki, bunun xüsusi səbəbi yoxdur.

 

Gununsesi.org

COMMENTS