
Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.
Gununsesi.info-nun yerli bürosunun məlumatına görə, hadisə şəhərin 102 adlanan ərazisindəki dördmərtəbəli yaşayış binasında qeydə alınıb.
İlkin məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində baş verib.
Binaya verilən elektirik enerjisi dayandırılıb və sakinlər təxliyə edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.
Gununsesi.info