Əli İnsanovun partiyasını qeydiyyata aldılar

  • By admin
  • 21 Oktyabr 2021 21:04
Əli İnsanov

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

Gununsesi.info bildirir ki, bununla bağlı partiyanın sədri Əli İnsanov “Facebook” səhifəsində paylaşım edib.

Ə. İnsanov bildirib ki, 2021-ci il 21 oktyabr tarixində Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib.

Qeyd edək ki, HƏP hakimiyyətə qarşı sərt mövqeyi seçilir.

 

Gununsesi.info