Azərbaycanda daha bir məktəb distant təhsilə keçib

  • By admin
  • 22 Oktyabr 2021 19:41

Azərbaycanda daha bir məktəbdə dərslər COVID-19-a görə dayandırılıb. Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib.

Gununsesi.info  xəbər verir ki, məktəbin 5 müəllimi və 21 şagirdində koronavirus aşkarlanıb.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov APA-ya bildirib ki, bu səbəbdən dərslər oktyabrın 22-dən iki həftə müddətində onlayın formada keçiriləcək.

Gununsesi.info