Oqtay Gülalıyevə əlillik statusu verməkdən imtina edilib

  • By admin
  • 05 İyun 2021 00:18
Azərbaycanda tanınmış hüquq müdafiəçisi  Oqtay Gülalıyeva əlilliyə görə müavinət verilməklə əlillik statusunun verilməsindən imtina ediblər.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumatı “Turan”a təsdiqləyiblər.
Buna baxmayaraq, indiyə qədər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ailəyə imtina ilə bağlı məlumat verilməyib. Yalnız Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva özü Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdikdən sonra cavab alıb ki, əlillik statusunun verilməsindən imtina edilib.
Mayın 7-də DOST vasitəsilə xəstənin yaşadığı ərazi üzrə xidmət göstərən Bakı şəhər 36 saylı poliklinikanın həkim-məsləhət komissiyasının rəyi bu agentliyə göndərilib.
Rəyi nəzərdən keçirdikdən sonra Agentliyi maraqlandıran suallara cavab tapmaq əvəzinə, əlilliyin verilməsindən imtina edilib.
Agentliyin əməkdaşı bildirib ki, imtina tibbi rəydə zəruri informasiyanın, o cümlədən xəstəliyin əsas simptomları barədə bilginin olmamasına görə avtomatik daxil olub: “Poliklinikada tərtib edilən arayış “natamam və səthi” olub. İmtina barədə məlumat verən şəxs Oqtay Gülalıyevin ailəsinə məsləhət görüb ki, poliklinikaya bir daha müraciət etsinlər”.
Agentlikdən “Turan”a onu da bildiriblər ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi düzgün tərtib edilmiş sənədləri aldıqdan sonra Gülalıyevin əlilliyi rəsmiləşdiriləcək: “O, müavinətini əlillik statusu rəsmi təsdiq olunduğu gündən alacaq”.
Firuzə Gülalıyevanın sözlərinə görə, ötən ilin sonunda Azərbaycana qayıtdıqdan sonra əlilliyin rəsmiləşdirilməsi üçün poliklinikaya müraciət edib, ancaq 36 saylı poliklinika həkim-məsləhət komissiyasının rəyini mayın 7-də göndərib.
Firuzə Gülalıyeva iyunun 4-də həkimlərin səhlənkarlığı ilə əlaqədar Səhiyyə Nazirliyinə şikayət göndərib.
Gununsesi.info