Dağıstanda PARTLAYIŞ

RF Dağıstanda partlayış qeydə alınıb.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Belə ki, yaşayış binasında qaz-hava qarışığının partlaması baş verib. Nəticədə 5 nəfər xəsarət alıb ki, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində yanğın baş verməyib.

 

TASS yazıb ki, zərərçəkənlər mərkəzi şəhər xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti ilə bağlı təfərrüatlar yoxdur.

 

 

Gununsesi.info