
Ankara bələdiyyəsinin sədri Mansur Yavaş Səudiyyə Ərəbistanı səfirliyinin qarşısındakı küçəni Türkiyə bayraqları və Atatürk portretləri ilə bəzədiklərini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Mansur Yavaş bu barədə rəsmi sosial şəbəkə hesabında qeyd edib. Bələdiyyə sədri paylaşımını “Nə mutlu Türkəm deyənə!” ifadələri ilə edib.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə “Qalatasaray”-“Fənərbaxça” arasında Superkubok final matçına oyunçuların üzərində Atatürkün rəsmi olan köynəklərə çıxmasına və Türkiyənin İstiqlal Marşının səsləndirilməsinə Ər-Riyad rəsmilərinin qadağasına görə oyun təxirə salınıb. Futbolçular bu matça çıxmaqdan imtina ediblər və İstanbula dönüblər.
Gununsesi.info