“Xırdalan” önəmli qələbə qazanıb

  • By ilhame
  • 31 Yanvar 2024 22:56

Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib.

 

Gununsesi.info xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan turun açılış oyununda “Xırdalan” və “Gəncə” klubları üz-üzə gəliblər.

 

Pley-off zonasında qərarlaşan “Xırdalan” rəqibi üzərində 93:87 hesablı önəmli qələbə qazanaraq mövqeyini bir qədər də möhkəmləndirib.

 

Ən məhsuldar basketbolçular “Xırdalan”dan Teyvion Körk (33 xal, 5 asist), “Gəncə”dən Tevon Horton (24 xal, 4 ribaund) olublar.

Gununsesi.info