Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı

Bu tədris ilində dərslərin başlayacağı tarix bəlli olub.

Elm və Təhsil Nazirliyindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, dərslərin sentyabrın 1-də başlayacağı ilə bağlı yayılan məlumatlara həqiqətə uyğun deyil:

““Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib”.