Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycan yığması yarışı 4-cü pillədə başa vurub.
5 medal – 1 qızıl, 1 gümüş və 3 bürünc əldə edən cüdoçularımız yalınız Fransa, Rusiya və Gürcüstandan geri qalıb. Komandamızın heyətində Orxan Səfərov (66 kq) çempionluq sevinci yaşayıbsa, İrina Kindzerska (+78 kq) yalnız finalda uduzub. Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) üçüncülüklə kifayətlənib.
Ümumilikdə isə 21 ölkə Praqada medala yiyələnib. Onların yalnız səkkizi çempionluq yaşayıb.
| yer | ölkə | qızıl | gümüş | bürünc | Cəmi |
| 1. | Fransa | 5 | 0 | 3 | 8 |
| 2. | Rusiya | 3 | 3 | 1 | 7 |
| 3. | Gürcüstan | 1 | 1 | 4 | 6 |
| 4. | Azərbaycan | 1 | 1 | 3 | 5 |
| 5. | İsrail | 1 | 1 | 0 | 2 |
| 6. | Moldova | 1 | 0 | 1 | 2 |
| 7-8. | İtaliya | 1 | 0 | 0 | 1 |
| Macarıstan | 1 | 0 | 0 | 1 | |
| 9. | Serbiya | 0 | 2 | 0 | 2 |
| 10. | Almaniya | 0 | 1 | 3 | 4 |
| 11. | Portuqaliya | 0 | 1 | 2 | 3 |
| 12. | Niderland | 0 | 1 | 1 | 2 |
| 13-15. | Bolqarıstan | 0 | 1 | 0 | 1 |
| Avstriya | 0 | 1 | 0 | 1 | |
| Rumıniya | 0 | 1 | 0 | 1 | |
| 16. | Belçika | 0 | 0 | 3 | 3 |
| 17-18. | İspaniya | 0 | 0 | 2 | 2 |
| Kosovo | 0 | 0 | 2 | 2 | |
| 19-21. | Ukrayna | 0 | 0 | 1 | 1 |
| Xorvatiya | 0 | 0 | 1 | 1 | |
| İsveç | 0 | 0 | 1 | 1 |












