Rusiya millisində 13 koronavirus aşkarlandı

  • By admin
  • 16 Noyabr 2020 20:21

Rusiyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Gununsesi.info Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 13 şəxsin test nəticəsi müsbət olub.

Onlardan 8-i futbolçu, 5-i isə məşqçilər heyətinin üzvüdür.

Koronavirusa yoluxanlar dərhal digərlərindən təcrid edilib.

 

 

Gununsesi.info