Çində zəlzələ nəticəsində ölənlərin sayı artıb

  • By ilhame
  • 23 Dekabr 2023 22:06

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

 

CCTV-nin məlumatına görə, ölənlərdən 113-ü Çinin şimal-mərkəzindəki Qansu əyalətinin, 31-i Çinxay əyalətinin sakinləridir. Eyni bölgədə üç nəfər itkin düşmüş hesab olunur.

 

Xatırladaq ki, dekabrın 18-də Çində 6,2 bal gücündə zəlzələ baş verib. Epidemiya 10 km dərinlikdə olub.

 

Gununsesi.info