Cəlilabad və Biləsuvarda güclü külək əsir, bəzi ərazilərdə işıqlar sönüb

  • By ilhame
  • 23 Dekabr 2023 23:00

Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

 

Gununsesi.info xəbər verir ki, axşam saatlarından etibarən əsməyə başlayan güclü külək insanlar arasında təşvişə səbəb olub.

 

Belə ki, son 1 neçə saat ərzində Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvar təcili tibbi yardım stansiyasına isə 6 çağırış daxil olub. Bu da əvvəlki normal çağırışlardan təxminən 2 dəfə çoxdur.

 

Faktiki hava şəraiti səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

 

Digər fəsadların olub-olmaması araşdırılır.

 

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

 

Gununsesi.info