
Tayvanın Çindən ayrılması müharibəyə bərabər olardı.
Gununsesi.info xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan bildirib.
Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. Lakin ÇXR bunu özünün tərkib hissəsi hesab edir. Eyni zamanda, ABŞ “vahid Çin” siyasətinə sadiqliyini bəyan edərək, Taypey ilə əlaqələri davam etdirir və adaya silah tədarükünü davam etdirir.
Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian, Tayvan administrasiyasının rəhbəri Lai Qingde-nin vəzifəyə başlamasını şərh edərkən, Tayvan boğazında mümkün silahlı qarşıdurma barədə xəbərdarlıq edib:“Tayvanın müstəqilliyi müharibəyə bərabərdir, parçalanma isə sülhün olmamasıdır” .
Xatırladaq ki, Lai Qingde Tayvanın yeni prezidenti kimi and içdikdən sonra Çin adanın ətrafında “Birgə Qılınc 2024A” adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.
Qeyd edək ki, Pekin quru və raket qüvvələrinin daxil olduğu təlimlərin separatçı qüvvələrə xəbərdarlıq olmasıının lazım olduğunu vurğulayıb.
İlhamə
Gununsesi.info