Fəxrəddin Manafovdan Xankəndi paylaşımı - FOTO

Xalq artisti Fəxrəddin Manafov instaqram hesabında keçmişi yada salıb. 

Gununsesi.info xəbər verir ki, Fəxrəddin Manafov 1962-ci ildə Xankəndidə çəkilmiş nadir fotosunu izləyiciləri ilə bölüşüb və paylaşıma “Uşaqlıq… 1962” sözünü qeyd edib.

Qeyd edək ki, Fəxrəddin Manafov Xankəndi şəhərində anadan olub.

Gununsesi.info