9 nəfəri ildırım vurdu

Hindistanın Madhya Pradeş əyalətinin müxtəlif bölgələrində ildırım düşməsi nəticəsində 9 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, güclü yağışlarla bərabər, ölkənin bir çox şəhərləri ildırım vurub.

Belə ki, Satna şəhərində işləmək üçün tarlaya gedən 3 nəfəri ildırım vuraraq öldürüb. Yenə həmin şəhərdə bir qadın ildırım vurması nəticəsində həyatını itirib.

Gununsesi.info