Bakıda ananın körpəsini zibil qutusuna atmasının GÖRÜNTÜLƏRİ - VİDEO/YENİLƏNDİ

Bakıda anası tərəfindən zibil qutusuna atılan 10-15 günlük körpənin tapılmasının görüntüləri yayılıb.

Kadrlar Baku TV tərəfindən paylaşılıb.

HTML tutorial

Videoda iki şəxsin zibil qutusundan körpəni çıxartması əks olunub.

Həmin görüntüləri təqdim edirik:

10:48

Daxili İşlər Nazirliyi Bakıda küçəyə atılan 10-15 günlük körpə barədə açıqlama verib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub:

“Dərhal şöbənin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib. Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam edir”.

09:38

Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusa atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

09:20

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Gununsesi.info xəbər verir ki, Sabunçu rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.

Uşaq hazırda körpələr evinə yerləşdirilib.

Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.

Gununsesi.info