
“Badam Medical Center” 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə “Jurnalistlər üçün ödənişsiz göz müayinəsi günləri” təşkil edir.
Gununsesi.info xəbər verir ki, müayinələr 20-22 iyul tarixlərində Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 13A ünvanında yerləşən “Badam Medical Center”də həyata keçiriləcək.
Müayinə üçün əvvəlcədən qeydiyyata ehtiyac yoxdur. Qeyd edilən tarixlərdə, saat 10:00-dan 15:00-dək jurnalistlər MEDİA Agentliyi tərəfindən təqdim edilmiş Media Reyestri vəsiqəsini klinikada təqdim edərək oftalmoloq müayinəsindən keçə bilərlər.