Çavuşoğlu Əfqanıstanla bağlı təhlükələrdən danışdı

  • By ilhame
  • 31 Avqust 2021 19:40

Serbiyada rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanla bağlı açıqlamalar verib.

Gununsesi. infonun Türkiyə mediasına istinadən məlumatına görə, Çavuşoğlu Əfqanıstanda əhatəli inklüziv hökumətin qurulmasının ən böyük təmənnaları olduğunu deyib:

“Məsuliyyətimizi bilirik. Hansı hökumətin qurulacağını bilməliyik. Düşüncə və təmənnalrımızı hər iki tərəflə də paylaşırıq. Həm Cümhuriyyət tərəfinə, həm də “Taliban”a fikirlərimizi çatdırırıq. Bütün Əfqanıstan əhalisini əhatə edən hökumətin qurulması ən böyük təmmənamızdır. Terror təhlükəsi də var. Eyni zamanda humanitar problemlər yaşanır. Ölkədə onsuz da quraqlıq idi, aclıq təhlükəsi yaranıb. Əfqanıstana humanitar yardım çatdırmağa çalışırıq”.

Gununsesi. info