
Hacıqabul-Horadiz yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi. info APA-ya istinadən xəbər verir ki, iki “Mercedes” markalı avtomobil toqquşub.
Nəticədə, iki nəfər ölüb, beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölənlərdən biri Saatlı sakini, 1959-cu il təvəllüdlü Ağayev Güləhməd Xanaəhməd oğludur. O, xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.
Qəzada digər xəsarət alan, İmişli rayonu, Boççalılar kənd sakinləri, 1986-cı il təvəllüdlü Quliyeva Esmira Nadir qızı, 2016-cı il təvəllüdlü Bayramov Hüseyn Mövsüm oğlu, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu (əməliyyata götürülüb), İmişli rayonunun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Hacıbala Polad oğlu və Saatı rayonunun Potubəyli kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılov Rzalı İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Gununsesi. info