Çətin durumda olan Netanyahu Amerikaya gedir

  • By arzu
  • 28 İyul 2023 10:54

İsrailin Baş naziri Benyamin Netanyahu Amerikaya səfər edəcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerika Prezidenti Co Bayden tərəfindən səfərə dəvət edilən Netanyahunun bu ziyarəti sentyabr ayında gerçəkləşdiriləcək.

Baş nazir Netanyahu “ABC News”a açıqlamasında xəbəri təsdiq edib.

Səfərin dəqiq gününün qeyri-müəyyən olduğunu söyləyən İsrail rəsmisi görüşün detalları və proqramının razılaşdırılmalarının davam etdiyini dilə gətirib.

Netanyahu gərginləşən Amerika-İsrail münasibətlərinin “heç olmadığı qədər güclü” olduğunu iddia edib.

 

Tərcümə: Arzu

Gununsesi.info