
Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Şimali İraq “Kürdüstan Regionu”nun başçısı Neçirvan Bərzani ilə bu gün keçirdiyi təkbətək görüşdə Azərbaycandan həmin bölgəyə birbaşa aviareyslərin açılması müzakirə olunub.
Gununsesi.info xəbər verir ki, bundan başqa, görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.