
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, beynəlxalq terrorizmlə mübarizədə böyük səylər göstərir.
Gununsesi.info xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin keçmiş köməkçisi Devid Merkel söyləyib.
D.Merkel bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox şey dəyişib və xüsusilə ölkə artıq ərazi bütövlüyünü bərpa edib. Mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycan istər qonşu ölkələrlə, istərsə də regiondan kənarda münasibətləri bacarıqla idarə edir. Cənubi Qafqaz regionunda Azərbaycan böyük geosiyasi əhəmiyyət kəsb edir.
Devid Merkel onu da deyib ki, ATƏT Qarabağ münaqişəsinin həllində uğursuzluğa düçar olub.
Gununsesi.info