Cənubi Koreyada qayıq qəzası nəticəsində 7 nəfər ölüb

Cənubi Koreyanın Kyoncu sahillərində balıqçı qayığının batması nəticəsində 7 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pohang Sahil Mühafizəsi rəsmilərinin verdiyi açıqlamaya görə, ölkənin Gyeongju şəhəri sahillərində balıqçı qayığı qum barjasına çırpılaraq aşıb.

3 Cənubi Koreyalı və 5 İndoneziyalının olduğu balıqçı qayıqındakı 7 nəfərin həyatını itirdiyi, 1 nəfərdən xəbər alınmadığı bildirilib.

Sahil mühafizə gəmiləri və helikopterlərinin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.

Orxan Saffari

Gununsesi.info