Suriya xarici işlər naziri də yoxa çıxdı

  • By Günel
  • 08 Dekabr 2024 16:52

Dəməşqdə qalan Suriya Nazirlər Kabinetinin üzvləri xarici işlər naziri Bassam Sabbahın harada olmasından xəbərsizdirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Suriyanın rabitə naziri İyad əl-Xətib “Əl-Ərəbiyyə” telekanalına deyib.

“Biz xarici işlər nazirinin hazırda harada olduğunu bilmirik, onunla əlaqəmiz yoxdur”, – Əl-Xatib bildirib.

Qeyd edək ki, devrilən prezident Bəşər Əsəd və müdafiə nazirinin də harada olduğu bilinmir.

Gununsesi.info