Suriya Milli Ordusu əməliyyata başladı

  • By Günel
  • 08 Dekabr 2024 16:45

Suriya Milli Ordusu (Azad Suriya Ordusu) PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə xüsusi əməliyyata başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalında olan Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndi azad edilib.

Məlumata görə, ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb.

Gununsesi.info