
Cəlilabad rayonunun 22 yaşayış massivində təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Belə ki, sabah saat 09:30 radələrindən görüləcək işlər başa çatanadək, “Günəşli” ölçü qovşağından qidalanan yeraltı orta təzyiqli kəmərlərinin kipliyə sınaq edilməsi ilə əlaqədar 22 yaşayış məntəqəsinin (10 740 abonent) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən diqqətli olmaları xahiş olunur.
Gununsesi.info