Lavrov Çinə səfər edəcək

  • By admin
  • 27 Yanvar 2022 17:06

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 3-də Çinə səfər edəcək.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və nəşriyyatı direktorunun müavini Aleksey Zaysev bildirib.

Məlumata görə, o, Çinin xarici işlər naziri Van İ ilə görüşəcək. S.Lavrov çinli həmkarı ilə Rusiya və Çin liderlərinin Zirvə toplantısına hazırlığı müzakirə edəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 4-də Pekinə səfəri planlaşdırılıb. O, Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılışı mərasiminə qatılacaq, Çin lideri Si Cinpinlə görüşəcək.

 

 

Gununsesi.info