Nazir Kəlbəcərə nümayəndə təyin etdi

Mədəniyyət Nazirliyinin Kəlbəcər rayonu üzrə nümayəndəsi vəzifəsinə təyinat olub.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrə əsasən, Xaliq Dağyunus oğlu Muxtarov nazirliyin Kəlbəcər rayonu üzrə nümayəndəsi vəzifəsinə gətirilib.

Gununsesi.info