
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 515 vaksin vurulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 201, “buster” doza üzrə isə 24 749 vaksin vurulub.
Vurulan vaksinlərin ümumi sayı 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə 4 736 905 nəfər təşkil edir. Ümumilikdə isə 1 946 117 “buster” doza vurulub.
Gununsesi.info