Bütün Oğuz-Qəbələ şahiddir ki, qalibəm- LƏMAN ƏLƏŞRƏFQIZI

Bütün Oğuz-Qəbələ şahiddir ki, qalibəm

 

117 Saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd tanınmış jurnalist Ləman Ələşrəfqızı seçkinin nəticələləri ilə bağlı bəyanat verib.

Gununsesi.org-un xəbərinə görə, deputatlığa namizəd sosial şəbəkə hesabında bunları yazıb:

Dostlar, mən heç vaxt saxtakar olmadım. Bundan sonra da olmayacam. Saxtakarlıqla qazanılan mandat mənə lazım deyil! Bütün Oğuz-Qəbələ şahiddir ki, QALİB bizik. Bizim qələbəmizi oğurlayanlar bu həyatda həmişə OĞRU kimi yaşayacaqlar!.

Biz MƏRD, DÜRÜST, DOĞRU kimi!

Bundan gözəl nə ola bilər?

Gununsesi.org

COMMENTS