Bəxtiyar Hacıyevdən rəqibinə “güllə kimi” sözlər- Budur sizin kristal təmiz reputasiyanız?

Bəxtiyar Hacıyevdən rəqibinə “güllə kimi” sözlər

 

Səbael rayonundan deputatlığa namizəd Bəxtiyar Hacıyev seçkidə qalib elan olunduğu iddia edilən Nigar Arpadaraiyə açıq məktub yazıb.

Gununsesi.org bildirir ki, deputatlığa namizəd qələbənin onun lduğuğunu deyərək, sonadək mübarizə aparacağını bildirib.

Bəxtiyar Hacıyevin bəyanatını təqdim edirik:

 

Nigar Arpadarai, sabahın xeyir!

Budur sizin “kristal təmiz reputasiya”nız? Bu dairədə 20 namizəddən ən azı 15-i gecə-gündüz işlədi, yüzlərlə, minlərlə seçici ilə qapı-qapı görüşdü, saxtakarlıq edən müəllimlərdən başqa sənin üzünü görən olmayıb, 2 buklet paylamısan, o da qanunsuz təşviqat olub. Mən sənə alnımın təri ilə qazandığım qələbəni, o buz kimi havada isti evlərindən çıxıb, məntəqəyə gəlib, mənə səs verən 1593 seçicimin haqqını, könüllülərin, donorların, müşahidəçilərin haqqını rahat yeməyə imkan verməyəcəm.

Belə saxta seçki ilə razılaşan hər bir şəxs bu gündən mənim üçün ən alçaq insandır. Belə saxtakarlığı müdafiə edən, ilk gündən mənə saxtakarları tərifləyib, müdafiə edən, yaltaqlanan adamlar isə lütfən, ən azından dostluğumu tərk etsinlər. Onlarla namizədə verilmiş minlərlə səsi, dairədə on minlərlə seçicinin haqqını, ölkədə on milyon insanın haqqını yeyəni müdafiə edənlər sizə də aiddir.

Mübarizə bu gün başlayır, elə zənn etməyin ki, xalq masa altından, hərbi hissələrdən çıxan topa bülletenlərlə öz səslərinin boğulması ilə razılaşacaq. Haqqımızı sona qədər tələb edəcəyik!

Gununsesi.org

COMMENTS