
Gələn ilin dövlət büdcəsi layihəsində gəlir və xərclər yenidən dəqiqləşdirilir.
Gununsesi.info xəbər verir ki, APA-nın məlumatına görə, Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov deyib ki, noyabrın 10-dan sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinin müzakirələrinə başlanılacaq.
Fikrət Şirinov bildirib ki, hazırda gələn ilin büdcəsinin gəlir və xərclərinin müəyyən olunması istiqamətində iş gedir.
Gununsesi.info