Bu şirkətlər uşaq əməyindən istifadəyə görə məhkəməyə verilib

  • By turana
  • 13 Fevral 2021 11:21
ABŞ-ın hüquq müdafiəsi təşkilatı – “International Rights Advocates” (IRA) 8 Mali vətəndaşının adından insan alveri və uşaq əməyinin istismarı ittihamları ilə bağlı bir neçə şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

Gununsesi.info RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunların arasında “Nestle” və “Mars” şirkətləri də var.

IRA-nın bəyanatında deyilir ki, Mali vətəndaşları uşaq ikən qanunsuz olaraq Kot Divuara gətirilib və həmin şirkətlər üçün kakao yığmağa məcbur edilib.

Təşkilatın rəhbəri Terri Kollinsvort bildirib ki, təqsirləndirilən şirkətlər bundan əvvəl də uşaq əməyindən istifadə etməkdə günahlandırılıblar.

ABŞ-ın hüquq müdafiəsi təşkilatı – “International Rights Advocates” (IRA) 8 Mali vətəndaşının adından insan alveri və uşaq əməyinin istismarı ittihamları ilə bağlı bir neçə şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunların arasında “Nestle” və “Mars” şirkətləri də var.

Gununsesi.info