ABŞ İsraildən aldığı bu silahı Fars körfəzinə YERLƏŞDİRİR

ABŞ İsraildən aldığı “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemlərini Fars körfəzinə yerləşdirəcək.

Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, sistemlərin son vaxtlar İsraillə münasibətləri normallaşdıran Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə də yerləşdiriləcəyi bildirilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri İsrailin paytaxtı Tel-Aviv şəhərində səfirlik açılması qərarını təsdiq edib. Bu, Körfəz ölkələri arasında bir ilkdir.

Gununsesi.info