
İsrailin Samariya əyalətindəki Itamar qəsəbəsində xüsusik karantin rejiminin qadağalarına rəğmən keçirilən kütləvi toy hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dağıdılıb.
Gununsesi.info-nun yerli mediaya istinadla verdiyi xəbərə görə, olay zamanı bir neçə polis yaralanıb.
Güc strukturlarına toyun keçirilməsi haqda məlumatı qəsəbə sakinləri çatdırıb. Onlar toyda İtamardan olmayan təxminən 100 nəfərin iştirak etdiyini bildirib.
Dağılışma tələbini yerinə yetirməkdən imtina edən onlarla toy iştirakçısı polisə daş və başqa əşyalar atmağa başlayıb. 3 polis əməkdaşı yaralanıb və tibbi yardım üçün təxliyyə olunub.
Hadisə yerinə əlavə qüvvələr cəlb edilib.
Gununsesi.info