Bu rayonda balıq festivalı keçiriləcək

Dekabrın 4-də Neftçala rayonunda balıq festivalı keçiriləcək.

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Balıq festivalının Neftçala şəhərindəki bulvarda təşkili planlaşdırlıb.

Festivalda cürbəcür dəniz məhsullarının nümayişi, satış-yarmarkalar nəzərdə tutulur.

Qeyd edək ki, bu il bölgələrdə müxtəlif məhsul festivalları təşkil olunub.

Belə ki, Samuxda ərik festivalı, Şəmkirdə tərəvəz festivalı, Daşkəsəndə kəndli-fermer festivalı, Kürdəmirdə bostan festivalı, Xaçmazda şaftalı festivalı, Göygöldə moruq festivalı, Şamaxıda üzüm və şərab festivalı, Masallıda çəltik-düyü festivalı, Saatlıda pambıq festivalı, Balakəndə xurma festivalı, Ağdaşda heyva festivalı keçirilib.

 

Gununsesi.info