Bu tarixdə Bakıda qar yağacaq

  • By Ayshan
  • 26 Noyabr 2025 19:48

Bakıda yanvar ayında qar yağacağı ehtimal olunur.

Gununsesi.info metbuat.az-a istinadən məlumatına görə, bu barədə “AccuWeather” platformasının proqnozlarında göstərilir.

Proqnozlara əsasən, gələn ilin yanvarın 20, 21 və 23-də paytaxtda yağış və qar gözlənilir. Havanın temperaturu gündüz 8° isti, gecə isə 3° isti göstərilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə qarlı hava ilə bağlı hazırlıq işlərinə başlanıldığını bildirib.