Bu yollarda sürət həddi endirildi

  • By Ayshan
  • 26 Noyabr 2025 19:21

“Şamaxı yolu” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik hissəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi saatda 100 km-dən 90 km-ə endirilib.

Bu barədə Gununsesi.info-ya  Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

“Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik”, – məlumatda bildirilib.

Gununsesi.info