Bu ölkədə komendat saatı elan olundu

  • By Ayshan
  • 30 Dekabr 2025 19:23

Suriyanın Latakiya şəhərində komendant saatı elan edilib.

Gununsesi.info -nun “Haber Global”a istinadən xəbərinə görə, bu barədə Latakiya Daxili Təhlükəsizlik Komandanlığından məlumat verilib.

Məlumata görə, şəhərdə komendant saatı saatı yerli vaxtla 17:00-da başlayacaq və 31 dekabr saat 06:00-a qədər davam edəcək.

Qeyd edilib ki, qərar fövqəladə hallar, tibb işçiləri, təcili yardım maşınları və yanğınsöndürənlərə şamil edilmir.

Gununsesi.info