
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-12°, gündüz 14-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət 70-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13°, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı bildirilir.
Gununsesi.info