
Ramazan bayramı ilə əlaqədar Kapadokyada sıxlıq müşahidə olunub.
Gununsesi.info xəbər verir ki, Türkiyənin gəzməli, tarixi və mədəni bölgəsi insan axınına məruz qalıb.
Pəri bacaları, yeraltı şəhərləri, qayaları oyulmuş tarixi kilsələri, ibadətgahları və monastırları ilə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Kapadokyada bayram vaxtı turistlərin sayı daha artıb.
Hazırda rayon ərazisində yerləşən otellərdə boş yer yoxdur.
Gununsesi.info