
”Qanuna edilən dəyişikliklər sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin qarşısının alınmasına yönəldilib”
Gununsesi.info xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bunu Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edərkən deyib.
Təqdimat zamanı sözügedən qanun layihəsi barədə Əli Məsimli ətraflı məlumat verdi və bildirdi ki,“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Beynəlxalq Maliyyə Korporasiyası ilə bir yerdə hazırlanıb. Lahihədə öz əksini tapan məsələlər beynəlxalq təcrübəyə əsaslanır.
Əli Məsimli qeyd edib ki, müzakirəyə təqdim olunan sənədin əsas məqsədi sahibkarların maraqlarının gücləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsidir.Təklif olunan dəyişiklər mahiyyət etibarı ilə yoxlayıcı orqanlar üçün əlavə tələblər müəyyən edirki,bu da sahibkarlıq sübyektlərinin yoxlalamarla bağlı qanunla qorunan hüquqlarını möhkəməndirmiş olur.
Əli Məsimli daha bir vacib məsələni qabardıb ki, qanun layihısində “Yoxlama obyekti”nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Bu yanaşma imkan verəcək ki, yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmasın.
Qanuna yoxlayıcının və sahibkarın hüquq və vəzifələrini özündə ehtiva edən yeni fəsil əlavə olunur.Əlavə olunan digər dəyişiklikdə çox mühüm bir məsələ-etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması və yoxlayıcı orqanın fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Əli Məsimli onu da bildirib ki, layihənin bir sıra maddələrində nəzərdə tutulan düzəlişlər yoxlamaların vahid məlumat reyestrinin aparılmasının təkmilləşdirilməsinə, bu prosesdə müəyyənliyin və şəffaflığın artmasına xidmət edir.
Təklif olunan digər əlavələrə əsasən, yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verilir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliyini təmin edir.
Qanun layihəsində daha bir vacib məqam-nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər əks olunub:götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.
Sonda Əli Məsimli bildirib ki, bu dəyişikliklər hər iki tərəfin – həm yoxlayıcıların, həm də sahibkarların hüquq və mənafelərinin, onların vəzifələrinin dəqiq müəyyən olunmasına yönəldilib. Layihədə nəzərdə tutulan dəyişikliklərin sistemli,şəffaf ardıcıl və məsuliyyətli şəkildə reallaşdırılması sahibkarların yoxlamalar zamanı qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının,eləcə də yoxlamaların nəzərdə tutulduğundan çox davam etməsinin və bu sasda sahibkara dəyən əlavə ziyanın qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına xidmət edə bilər.
Gununsesi.info