Məhkəmə polisin külli miqdarda narkotiklə tutduğu şəxsə bəraət verdi

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Ramiz Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılan iş üzrə ittiham sübut olunmayıb.

HTML tutorial

Məhkəmə​ istintaqının​ gedişində​ Ramiz Süleymanovun​ şübhəli şəxs qismində saxlanması​ prosesində​ çoxsaylı​ qanun​ pozuntularına​ yol​ verilməsi, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilib.

Bütün dəlil və sübutlar tədqiq olunaraq təqsirləndirilən Ramiz Süleymanova bəraət verilib.

Qeyd edək ki, Ramiz Süleymanov polis tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda​ əldə etmə, saxlama və daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Gununsesi.info