Almaniya müdafiə sahəsinə daha çox pul xərcləmək niyyətindədir

  • By ilhame
  • 18 Fevral 2024 14:31

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin müdafiə sektorunda “illərlə diqqətsizliyi” kompensasiya etmək niyyətindədir və buna görə də ölkənin hərbi xərcləri artaraq ÜDM-in 3,5 %-nə çata bilər.

 

Gununsesi.info bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

 

Pistorius vurğulayıb ki, müdafiə sənayesinə maliyyə investisiyaları üçün konkret rəqəmlər Almaniya iqtisadiyyatındakı konkret vəziyyətdən asılı olacaq.

 

O, həmçinin ÜDM-in 2 %-i olan müdafiə xərclərinə nail olmaq üçün digər NATO ölkələrinin də Berlindən nümunə götürəcəyinə ümid etdiyini bildirib.

 

Gununsesi.info